qanun.info.az
qanun.info.az

Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır - DİN

Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır - DİN
25-11-2021, 14:02 51 dəfə baxılıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.

Bununla bağlı bütün zəruri tədbirlər icra olunur: "Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir", - məlumatda qeyd edilir.

 

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvlərinin bildirdiyinə görə, naməlum şəxs onu avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA