qanun.info.az
qanun.info.az

Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi

Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi
29-11-2021, 13:06 110 dəfə baxılıb

Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir. Buna kölgə pandemiyası adı verilir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı nümayəndəliyində Rezident nümayəndənin səlahiyyətlərini icra edən Çaru Bist Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib.

Onun sözlərinə görə, COVİD-19-la bağlı vəziyyət bütün sığınacaqların tutumundan artıq istifadəsinə gətirib çıxarıb. Pandemiyaya qarşı mübarizə aparmalıyıq.

"Biz Azərbaycanda birgə proqram icra edərək qadın hüquqlarının qorunmasına çalışmışıq. Azərbqycanın 9 regionunda qadınlar üçün təhlükəsiz məkanlar yaratmışıq. 3000-dən çox qadın bu mərkəzlərinin üzvü olub. 400-dən çox qadına öz iş yerlərini açmağa imkan yaradılıb. Müxtəlif iş imkanlarının yaradılması istiqamətində təlimlər keçirilib", - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA