qanun.info.az
qanun.info.az

Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək - Səfir

Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək - Səfir
2-03-2022, 11:00 40 dəfə baxılıb

Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Səfir bildirib ki, hazırda Moldovada Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı 4 minə çatır.

 

"Təxliyə avtobuslarla olacaq. Hər avtobus 70 nəfər sərnişindən ibarət olacaq. Bundan başqa 174 nəfər təyyarə ilə Rumıniyadan ölkəmizə təxliyə edəcək. Bir çox vətəndaşımıza isə şəxsi avtomobilləri ilə təxliyə olunmaları üçün şərait yaratmışıq. Biz onları qarşılayıb yerləşdirməliyik. Ümumilikdə gün ərzində Moldovadan 600-700 azərbaycanlının təxliyəsi planlaşdırılır. Ukraynadan Moldovaya keçənlərin sayı isə qat-qat çox olacaq ”, - deyə Q.Osmanov bildirib.

Q.Osmanov qeyd edib ki, əvvəlki günlər avtobusla təxliyə edilən azərbaycanlılar artıq İstanbula çatıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA