qanun.info.az
qanun.info.az

Xarkovdakı atışmada xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti necədir?

Xarkovdakı atışmada xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti necədir?
2-03-2022, 11:30 42 dəfə baxılıb

Xarkov şəhərində baş verən atışma zamanı xəsarət alan üç azərbaycanlı sürücünün vəziyyəti normaldır.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ruslan Eldaroğlu bildirib.

Onun sözlərinə görə, TIR sürücüləri hazırda xəstəxana şəraitində müalicələrini davam etdirirlər.

 

R.Eldaroğlu bildirib ki, hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir. Bu günə qədər Ukraynadan 7 yük nəqliyyat vasitəsi çıxarılıb:

"Hazırda həmin nəqliyyat vasitələrindən altısı Bolqarıstandadır. Bir TIR isə ətlə yüklü olduğu üçün Rumıniya sərhədindən keçid edəcək. Bu gün də beynəlxalq yükdaşımaları icra edən sürücülərin təxliyəsi nəzərdə tutulub. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - ABADA rəsmisi qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA