qanun.info.az
qanun.info.az

Ukraynadan bu günədək 37 azərbaycanlı sürücü təxliyə edilib

Ukraynadan bu günədək 37 azərbaycanlı sürücü təxliyə edilib
29-03-2022, 11:00 41 dəfə baxılıb

Ukraynada olan azərbaycanlı sürücülərdən daha bir nəfəri təxliyə edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.

Onun sözlərinə görə, Kiyev şəhərində qalan sürücü Əliyev Arif Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib.

 

 

 

A.Əliyevin öncəki marşrut üzrə Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi təmin olunub. Hazırda təxliyə olunan sürücü Bolqarıstan ərazisindədir.

Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37 sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü qalıb. Onların təxliyəsi istiqamətində dövlət orqanları tərəfindən işlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA