Daxili Qoşunların hərbi qulluqçusunun döyülməsi ilə bağlı araşdırmalara başlandı
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.
O bildirib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. "Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir" ,- deyə F.Əliyev bildirib.