Malayziya və Polşa təyyarələri Bakıya məcburi eniş edib
Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın AirAsia aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib.
Həmçinin, səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.