qanun.info.az
qanun.info.az

Oruc Zalov vəzifəsindən azad edildi

Oruc Zalov vəzifəsindən azad edildi
17-12-2022, 14:23 53 dəfə baxılıb

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən azad edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazir müavini xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyin edilib.

Qeyd edək ki, Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı. O bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA