Bakı Apelyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edildi
Bakı Apelyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Hakimlər Kərimli İlham Əziz oğlunun, Qasımov Faiq Adil oğlunun və Məhərrəmova Şeyda Ədalət qızının Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilib.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.