qanun.info.az
qanun.info.az

Ali Məhkəməyə yeni hakimlər təyin edilib

Ali Məhkəməyə yeni hakimlər təyin edilib
23-12-2022, 13:23 38 dəfə baxılıb

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlunun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlunun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlunun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlunun və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi təklif edilib.

 

 

 

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA