qanun.info.az
qanun.info.az

Rasim Məmmədovun əmlaklarının 90 faizi müsadirə edildi

Rasim Məmmədovun əmlaklarının 90 faizi müsadirə edildi
28-12-2022, 17:40 26 dəfə baxılıb

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun əmlakının 90 faizi müsadirə edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə bildirilib.

Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.

Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində R.Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə R.Məmmədov 14 il azadlıqdan məhrum edilib.

 

 

 

İttihama görə, Rasim Məmmədov "Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, "Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA