qanun.info.az
qanun.info.az

Yerevan-Moskva reysində bomba həyəcanı - Uçuş ləngidi

Yerevan-Moskva reysində bomba həyəcanı - Uçuş ləngidi
9-09-2019, 15:59 45 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, "Sibir” aviaşirkətinin Yerevandan Moskvaya uçmalı olan reysi iki saatdan çox ləngiyib.

Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin baqajında bomba olduğunu iddia etməsi səbəb olub.

Qeyd olunur ki, sərnişin Zvartnots hava limanında heç bir tələb irəli sürmədən yükündə bomba olduğunu deyib.

Həmin şəxs polisə təhvil verilib və onun baqajında, eləcə də təyyarədə axtarış keçirilib.

 

Axtarışlar nəticəsində partlayıcı maddə aşkar edilməyib. Reys iki saat ləngimədən sonra baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA