qanun.info.az
qanun.info.az

Bakıda metroda tapılan pul sahibinə qaytarıldı

Bakıda metroda tapılan pul sahibinə qaytarıldı
12-10-2019, 18:55 33 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşı bu barədə dərhal aidiyyatı üzrə məlumat verib.

Məlum olub ki, metrodan istifadə edən bir qadın da həmin gün 400 manat məbləğində pulunu itirməsi barədə müraciət edib.

 

Metropolitendə Polis Şöbəsinin rəhbərliyinin tapşırığı ilə R.Ələsgərov və M.Allahverdiyeva Şöbəyə dəvət edilib, polis əməkdaşlarının da iştirakı ilə pulu tapan şəxs onu sahibinə qaytarıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA