qanun.info.az
qanun.info.az

Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü

Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü
19-10-2019, 18:18 33 dəfə baxılıb

Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızının bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib. Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya çatdırılandan bir müddət sonra orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA