qanun.info.az
qanun.info.az

Bakıda avtobusun qazıntı aparılan yerə düşməsi ilə bağlı RƏSMİ

Bakıda avtobusun qazıntı aparılan yerə düşməsi ilə bağlı RƏSMİ
1-11-2019, 15:45 11 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Bu gün bəzi kütləvi informasiya mənbələrində Xətai rayonu, M.Rüstəmov küçəsində qazıntı aparılan yerə avtobusun təkərinin sürüşərək düşməsi barədə məlumatlar yayılıb.

"Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, həmin ərazidə qazıntı işləri bir müddət əvvəl aparılıb: "100 mm diametrində polietilen kəmərin çəkilişi üçün 70-80 sm enində və 80 sm dərinliyində qazıntı işləri görülüb. Lakin bu günlərdə iş tamamlanıb, qazılan yer doldurularaq asfaltlanmanın ilkin mərhələsi yekunlaşıb. Bu gecə isə bəzi yerlərdə yolun alt hissəsinin qaçması müşahidə edilib. Ehtimal etmək olar ki, bu yağış sularının yağması səbəbindən qeydə alınıb. Buna baxmayaraq təqdim etdiyimiz foto və videomaterialda ciddi bir çöküntü müşahidə olunmur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA