qanun.info.az
qanun.info.az

Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb

Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb
1-11-2019, 15:50 18 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 28-də Hacıqabul rayonu Muğan qəsəbə sakini Şöhrət Zeynalov Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan 450 manat pulun oğurlanması ilə bağlı məlumat verib.

Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Zeynalov saxlanılıb.

Bununla yanaşı rayon ərazisində vətəndaşa məxsus nar bağından oğuluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini Davud Heydərov, restoranların birindən su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini Vüsal Şiralıyev saxlanılıb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA