qanun.info.az
qanun.info.az

Maskalı şəxslər Sabirabadda tanınmış bələdiyyə sədrinin evinə silahlı basqın etdi

Maskalı şəxslər Sabirabadda tanınmış bələdiyyə sədrinin evinə silahlı basqın etdi
3-11-2019, 12:14 13 dəfə baxılıb

Sabirabad rayonunda bələdiyyə sədrinin evinə basqın edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndində baş verib.

Kənd sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova bu barədə polisə müraciət edərək bildirib ki, gecə saatlarında onun yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edərək bacısı Tamam Hüseynovanın boyun nayihəsindən vurub. Daha sonra naməlum şəxslər T.Hüseynovanı otağa çəkərək ağzını yapışqan lentlə bağlayıb, onu döyərək pul tələb ediblər. Bacısının səsinə oyanan F. Hüseynova da maskalı şəxslərin hücumuna məruz qalıb.

Maskalı şəxslər onun da ağzını bağlayaraq bıçaqla hədələyiblər. Ailə üzvlərinin səsə oyandığını görən naməlum şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA