qanun.info.az
qanun.info.az

Bakıda qadına qarşı quldurluq edən iki qardaşa 16 il cəza verildi

Bakıda qadına qarşı quldurluq edən iki qardaşa 16 il cəza verildi
5-11-2019, 17:58 11 dəfə baxılıb

Bakıda qadını bıçaqla hədələyərək quldurluq etməkdə təqsirləndirilən Nurlan Həsənzadə və Ruslan Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan olunub. Təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum ediliblər.

İttihama görə, iki qardaş olan təqsirləndirilən şəxslər bu il aprelin 28-də Binəqədi rayonunda A.Kunanbayev küçəsində qadına qarşı zor tətbiq edərək qızıl boyunbağısını alıblar. Onlardan biri qadını bıçaqla hədələyib, digəri isə arxadan boyunbağını açaraq götürüb.

Təqsirləndirilən şəxslər ilkin ifadəsində bu əməli borclarının olduğu üçün etdiklərini söyləyiblər. Qardaşlar ələ keçirdikləri boyunbağını 1500 manata sataraq öz aralarında bölüblər. Başqa bir şəxsə borclu olduqları 350 manatı isə evdə saxlayıblar. Lakin pulu qaytarmağa imkan tapmadan polis onları yaxalayıb. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA