qanun.info.az
qanun.info.az

Biləsuvarda mütəşəkkil dəstə avtomobil ustasını döyərək qarət etdi

Biləsuvarda mütəşəkkil dəstə avtomobil ustasını döyərək qarət etdi
5-11-2019, 18:02 8 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,Biləsuvar rayonunda usta emalatxanada döyülərək qarət olunub.

Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Mirzəxan Təzəxan oğlu kənd ərazisindəki maşın təmiri emalatxanasında olarkən tanımadığı iki naməlum şəxs ona hücum edib. Naməlum şəxslər M.Məmmədovu döyüb, onun üzərində olan 1750 manat pulu və mobil telefonunu alaraq hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat zamanı hadisəni törədən şəxslərin rayon sakini, 1997-ci il təvəllüdlü Babayev Pərviz Xanlar oğlu və Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Əmirov Tural Ələşrəf oğlu olduğu müəyyən edilib.

P.Babayev şübhəli şəxs qismində saxlanılıb. Digər şəxs axtarılır.

Faktla bağlı cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA