qanun.info.az
qanun.info.az

Rostov-Bakı marşrutundakı qəzada xəsarət alanlardan 2-si reanimasiyaya yerləşdirildi

Rostov-Bakı marşrutundakı qəzada xəsarət alanlardan 2-si reanimasiyaya yerləşdirildi
5-11-2019, 18:04 10 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 2-si reanimasiyaya yerləşdirilib.

Bunu Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan digər 6 nəfər isə xəstəxananın travmotologiya şöbəsindədir: "Həkimlərin dediyinə görə, xəsarət alanların həyatı təhlükəsi yoxdur. Müalicə dövlət səviyyəsində nəzarət altında davam etdirilir. Sabah xəstələrdən 2-i Stovropol Xəstəxanasına köçürüləcək".

Xatırladaq ki, Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu noyabrın 4-də axşam saat 19:10 radələrində qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib. Hadisə nəticəsində 8 azərbaycanlı xəsarət alıblar.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA