qanun.info.az
qanun.info.az

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlandı

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlandı
8-11-2019, 17:20 7 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında müayinə nəticəsində isə sözügedən şəxsin düz bağırsağında 3 ədəd büküm aşkar edilib.

Həmin bükümlərdən birində narkotik vasitə olan və üzərində "FM 40" yazılan 78 ədəd metadon həbi, digərlərində isə ümumi çəkisi 0,4 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,7 qram olan narkotik vasitə - həşiş aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA