qanun.info.az
qanun.info.az

Bakıda yol qəzası: 3 nəfər xəsarət aldı

Bakıda yol qəzası: 3 nəfər xəsarət aldı
27-11-2019, 09:22 14 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Bakıda yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu Ağa Neymətulla küçəsində olub:

"Avtomobil qəzası barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA