qanun.info.az
qanun.info.az

Şamaxıda mağaza satıcısı həmyerlisini tüfənglə vurdu

Şamaxıda mağaza satıcısı həmyerlisini tüfənglə vurdu
29-11-2019, 10:06 18 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Şamaxıda mağaza satıcısı həmyerlisini tüfənglə vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki "Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə törədilərkən istifadə edilən "Oskar” markalı ov tüfəngi ondan götürülüb.

 

Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA