qanun.info.az
qanun.info.az

Bakıda qadını xüsusi amansızlıqla öldürüb küçəyə atdılar

Bakıda qadını xüsusi amansızlıqla öldürüb küçəyə atdılar
29-11-2019, 19:19 18 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Bakıda küçədə xüsusi amansızlıqla qətlə yetirilmiş qadın meyiti aşkarlanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 15/1 ünvanının qarşısında üzərində zorakılıq əlamətləri ola qadın meyiti aşkar edilib.

Dərhal hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib və ekspertiza təyin edilib. Meyitin xarici müayinəsi zamanı bədən səthi üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəllsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda qadının şəxsiyyəti və kim tərəfindən qətlə yetirilməsi ilə bağlı istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA