qanun.info.az
qanun.info.az

Biləcəridə iki nəfərin ölümü ilə nəticələn qəza barədə RƏSMİ

Biləcəridə iki nəfərin ölümü ilə nəticələn qəza barədə RƏSMİ
1-12-2019, 17:31 16 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağarza Ağayev idarə etdiyi "Khazar” markalı avtomobili qarşıda gedən paytaxt sakini E.Rzayevin idarə etdiyi "Mercedes” markalı avtomobilə vurub, zərbədən "Khazar” markalı avtomobil yol ayrıcısına dəyib.

Nəticədə A.Ağayev və sərnişini Rəşad Həsənov hadisə yerində ölüblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA