qanun.info.az
qanun.info.az

ANAMA: Noyabr ayında 109 ədəd partlamamış hərbi sursat aşkar edilib (FOTO)

ANAMA: Noyabr ayında 109 ədəd partlamamış hərbi sursat aşkar edilib (FOTO)
1-12-2019, 17:36 15 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  2019-cu ilin noyabr ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Xaçmaz, Xızı, Qazax, Tərtər, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 602 221 kv.m (60,22 ha) ərazi yoxlanılıb, 109 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 112 ədəd) və 18 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, əməliyyatlarda 460 nəfər əməliyyat heyəti, 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 539 936 944 m² (53 993,69 ha) ərazi təmizlənib, 805 776 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib

Noyabr ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 18 (on səkkiz), Dövlət Sərhəd Xidmətindən (DSX) - 3 (üç) Rayon Polis şöbələrindən (RPŞ) - 2 (iki) müraciət daxil olmuşdur (cəmi: 26 çağırış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Balakən, Bərdə, Füzuli, Goranboy, Xaçmaz, Xızı, Qazax, Tərtər, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 12 910 kv.m ərazi yoxlanılıb, 30 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

 

2019-cu ilin noyabr ayı ərzində Bərdə və Cəllabad rayonları ərazisində baş vermiş
partlayışlar zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA