qanun.info.az
qanun.info.az

Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb

Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb
7-12-2019, 13:56 30 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Bakıda xuliqanlıq törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, "102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində "KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.

 

Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA