qanun.info.az
qanun.info.az

Azərbaycana narkotik keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanıldı

Azərbaycana narkotik keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanıldı
7-12-2019, 14:04 25 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Sharan" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilb. Bu zaman nəqliyyat vasitəsinin qapısında bir ədəd kağıza bükülü, ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA