qanun.info.az
qanun.info.az

Qusarda ər-arvad dəm qazından zəhərləndi

Qusarda ər-arvad dəm qazından zəhərləndi
17-12-2019, 09:56 28 dəfə baxılıb

Qusar rayonunda bir ailə dəm qazından zəhərlənib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qalacıq kəndində baş verib.

Kənd sakinləri - 1987-ci il təvəllüdlü Şıxrəhimov Vaqif İslaməddin oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şıxrəhimova Ceyran Murad qızı dəm qazından zəhərlənib. Hər iki şəxs gecə saatlarında yaxınlarının köməkliyi ilə Qusar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA