qanun.info.az
qanun.info.az

Su hövzələrinin ov vasitələrindən təmizlənməsi üçün reyd keçirilib

Su hövzələrinin ov vasitələrindən təmizlənməsi üçün reyd keçirilib
17-12-2019, 09:57 27 dəfə baxılıb

Araz çayının İmişli rayonunun Şahverdli, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli jurnalistlərə bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı sözügedən ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb.

Reydlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA