qanun.info.az
qanun.info.az

Ağdaşda Türkiyədən olan ailə yol qəzasına düşdü, 6 nəfər xəstəxanada

Ağdaşda Türkiyədən olan ailə yol qəzasına düşdü, 6 nəfər xəstəxanada
17-12-2019, 09:58 28 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,Azərbaycanda əcnəbi ailə yol qəzasına düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun Ağdaş-Ləki-Kotavan yolunda baş verib.

Türkiyə vətəndaşı 1963-cü il təvəllüdlü Birgül Erdal Halilibrahim oğlu idarə etdiyi "Mirsubitshi" markalı H 028309 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Birgül Rəna Qorxmaz qızı, 2009-cu il təvəllüdlü Birgül Xəlil Erdal oğlu, 2014-cü il təvəllüdlü Birgül Ömər Erdal oğlu, 2019-cu il təvəllüdlü Birgül Məryəm Erdal qızı və 1998-ci il təvəllüdlü Tahirov Röyal Qorxmaz oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA