qanun.info.az
qanun.info.az

Bakıda marşrut avtobusu yanıb

Bakıda marşrut avtobusu yanıb
25-12-2019, 10:49 14 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda marşrut avtobusunun yanması barədə məlumat yayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu gün saat 09:40 radələrində Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metro stansiyası yaxınlığında) Transkontrol MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQN-lı avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib.

Yanğın sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib.

 

Avtobusda xəsarət alan yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA