qanun.info.az
qanun.info.az

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanıldı

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanıldı
27-12-2019, 09:14 10 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu RPŞ-yə müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA