qanun.info.az
qanun.info.az

Gömrükdən keçən avtomobildə qanunsuz telefonlar aşkarlanıb

Gömrükdən keçən avtomobildə qanunsuz telefonlar aşkarlanıb
27-12-2019, 09:23 15 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Mercedes Benz Vito" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama nəticəsində nəqliyyat vasitəsinin qabaq sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd "Oppo A 1k", 1 ədəd "Samsung Galaxy J 7", 1 ədəd "MDC M5" markalı, ön panelin altındakı əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən 1 ədəd "Samsung Galaxy J2", 1 ədəd "Xiaomi Redmi 6A" markalı, rentgen qurğusundan keçən əl yüklərində isə gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A10" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA