qanun.info.az
qanun.info.az

Tərtərdə hadisə yerinə çıxan polis mayoru ölümcül bıçaqlandı

Tərtərdə hadisə yerinə çıxan polis mayoru ölümcül bıçaqlandı
27-12-2019, 09:30 30 dəfə baxılıb

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Buruc kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov sərxoş vəziyyətdə yaşadığı evə gələrək qardaşı Arif Nəcəfovla mübahisə edib. Hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gələrək mübahisəni sakitləşdirməyə çalışıb. Sərxoş olan S.Nəcəfov sakitləşməyib polis əməkdaşına hücum edərək ona 5 bıçaq zərbəsi vurub. E.Aslanov xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb və S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA