qanun.info.az
qanun.info.az

Polis Bakıda soyğunçuluq edən qadın və kişini saxladı

Polis Bakıda soyğunçuluq edən qadın və kişini saxladı
6-01-2020, 17:18 13 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Rəsulov yanvarın 3-də saat 21 radələrində A.M.Şərifzadə küçəsində 2 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri X.Məmmədova və əvvəllər məhkum olunmuş T.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA