qanun.info.az
qanun.info.az

Astarada ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı

Astarada ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı
14-01-2020, 10:55 10 dəfə baxılıb

Astara rayonunda bir ailənin iki üzvünün ölümü ilə bağlı cinayət işi başlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

Həmin küçədəki mənzillərdən birində yaşayan 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA