qanun.info.az
qanun.info.az

Qubada DSX-nın hərbçiləri qəzaya düşüb, qərargah rəisi ölüb

Qubada DSX-nın hərbçiləri qəzaya düşüb, qərargah rəisi ölüb
20-07-2020, 11:06 151 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

 

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailə­sinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA