qanun.info.az
qanun.info.az

İnterpol qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlını axtarışa verdi

İnterpol qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlını axtarışa verdi
20-07-2020, 11:08 155 dəfə baxılıb

Qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib. Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü azərbaycanlı Raman Salayev Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

R.Salayev qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunub və Rusiya hüquq-mühafizə orqanlarında onun barəsində cinayət işi başlanıb. İstintaqdan yayınan R.Salayev barədə Rusiya dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA