qanun.info.az
qanun.info.az

Səbaildə qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanılıb

Səbaildə qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanılıb
1-08-2020, 18:19 2 308 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoyumadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı "Badamdar” qəsəbəsində "Dərə” adlanan ərazidə qeyri-qanuni heyvan kəsimi həyata keçirildiyi məlum olub. Bu fəaliyyətlə məşğul olan ümumilikdə 7 nəfər saxlanılaraq 41-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri cərimə ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA