qanun.info.az
qanun.info.az

Mingəçevirdə gizli işləyən restoran aşkarlanıb (FOTO)

Mingəçevirdə gizli işləyən restoran aşkarlanıb (FOTO)
14-08-2020, 10:32 1 860 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin Heydər Hüseynov küçəsində yerləşən "Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub. İcarə əsasında obyekti işlədən Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3100 manat cərimə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA