qanun.info.az
qanun.info.az

Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər

Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər
15-08-2020, 12:53 1 798 dəfə baxılıb

 Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "MAN" və "VOLVO" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 20 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA