qanun.info.az
qanun.info.az

Şabranda karantini pozan koronavirus xəstəsi saxlanılıb

Şabranda karantini pozan koronavirus xəstəsi saxlanılıb
19-12-2020, 10:41 65 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Şabran rayon sakini M.Zəkiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Zəkiyevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

 

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA