Axtarışda olan 128 nəfər saxlanılıb
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 18 cinayətin üstünü "isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 128 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.