qanun.info.az
qanun.info.az

Bakıda karantin rejimini pozan restoranda 28 nəfər saxlanılıb

Bakıda karantin rejimini pozan restoranda 28 nəfər saxlanılıb
20-12-2020, 10:19 80 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Erkin Səmədov, həmçinin orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.

 

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA