Bakıda fərdi yaşayış evinin döşəməsi çöküb, ölən var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.
Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.