qanun.info.az
qanun.info.az

Bakıda kommunal tipli yaşayış binasında yanğın olub

Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
2-01-2021, 09:39 18 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları (taxta konstruksiyalı) 40 m² sahədə, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə və ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzildə arakəsmə divar 8 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 16 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA