Sabunçuda evdə yanğın olub
Bakı şəhərinin Sabunçu rayonunda ev yanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 102 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülü.