Xırdalanda dərzi sexi yanıb
Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 120 kv.m olan dərzi sexində 10 kv.m sahədə parça yanıb.
Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.