qanun.info.az
qanun.info.az

Dağıstanda daha bir zəlzələ qeydə alınıb

Dağıstanda daha bir zəlzələ qeydə alınıb
3-01-2021, 11:13 20 dəfə baxılıb

Bu gecəRusiyanın cənubu Dağıstanda 4.2 bal gücündə zəlzələ qeydə alınıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin respublika qərargahının saytında məlumat verilir.

Ölənlər, xəsarət alanlar və dağıntılar haqqında məlumat verilməyib.

 

Bildirilir ki, Rusiya Elmlər Akademiyasının stansiyası 4,2 bal gücündə seysmik hadisəni Dərbənd rayon sahillərindən 10 kilometr aralıda, 02:07-də ​​(GMT+4) qeydə alıb. Zəlzələnin 30 kilometr dərinlikdə baş verdiyi qeyd olunur.

Xatırladaq ki, bir gün əvvəl respublikada 4.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Dərbənddən 21 kilometr aralı məsafədə yerləşib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA